PSV-nin futbolçusu Kodi Qakpo “Mançester Yunayted”ə keçmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
23 yaşlı futbolçunun “qırmızı şeytanlar”a mümkün keçidi ilə bağlı fikirləri dəyişməyib. İndi də ötən yay olduğu kimi, Erik ten Haqın komandasına keçmək istəyir. Mançester təmsilçisi və futbolçunun agentləri arasında danışıqlar həmişə yaxşı alınıb.
Hazırda vəziyyət "MY"dən asılıdır. Klub niderlandlı vingerin transferinə 55-60 milyon avro verməyə hazır olub-olmaması ilə bağlı qərar verməli olacaq.
Qakpo cari mövsümdə PSV-nin heyətində 24 matçda 13 qol vurub və 17 məhsuldar ötürmə verib. Onun 2022-ci il dünya çempionatında 5 oyunda 3 qolu var.