"Napoli"nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya digər xarici klubların maraq dairəsindədir.

Offsideplus.az xəbər verir ki,  21 yaşlı yarımmüdafiəçini "Nyukasl" (İngiltərə) transfer etmək istəyir. İngiltərə klubu dünya çempionatı öncəsi gürcü futbolçunu mütəmadi olaraq yoxlayır. O, hazırda "sağsağanlar"ın əsas hədəfidir.

Qeyd olunur ki, Xviça təxminən 50 milyon funt-sterlinq dəyərində qiymətləndirilir. 

Xatırladaq ki, Xviça bu ilin yayından "Napoli"də oynayır.