İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində "Tottenhem" öz meydanında "Lester"lə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, oyun London klubunun 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Tottenhem" - "Lester" - 6:2
Qollar:
 Tilemans, 6-pen (0:1), Keyn, 8 (1:1), Dayer, 21 (2:1), Meddison, 41 (2:2), Bentankur, 47 (3:2), Min, 73 (4:2), 84 (5:2), 86 (6:2)

Qeyd edək ki, bu nəticədən sonra xalını 17-yə çatdıran Antonio Kontenin baş məşqçisi olduğu kollektiv turnir cədvəlinin 2-ci pilləsində yer alıb. Sıralamaya eyni xala sahib "Mançester Siti" başçılıq edir.  Rəqiblərindən bir oyun az keçirən "Arsenal" isə 15 xalla ilk üçlüyü tamamlayır.