"Liverpul" "Leyptsiq" oyunçusu Konrad Laymer ilə yaxından maraqlanır. 

 Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. "Qırmızılar" 25 yaşlı yarımmüdafiəçini avqust ayının sonlarında transfer etməyə çalışsa da, "Leyptsiq"lə danışıqlar pozitiv nəticə verməyib. 

Qeyd edək ki, Laymerin klubla müqaviləsinin müddəti 2023-cü ilin iyun ayında başa çatır. Avstriyalı futbolçunu "Bavariya" klubu da heyətinə qatmaq istəyir.