"Lester" futbolçusu Ceymi Vardi ilə müqavilənin müddətini uzadıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "tülkülər" 35 yaşlı hücumçu ilə yeni sözləşmə imzalayıb. İngiltərəli futbolçu 2024-cü ilin iyun ayınadək "Lester"in formasını geyinəcək.
Qeyd edək ki, Vardi 2012-ci ildən "Lester"in şərəfini qoruyur.