Timo Vernerin "Çelsi"nin tərk edəcəyi dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını "Leyptsiq"də davam etdirəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Bundesliqa təmsilçisi futbolçunu birbaşa transfer etmək istəyir. 

Qeyd edək ki, 2016-cı ildən "Leyptsiq" formasını geyinən Timo Verner 2020-ci ildə "Çelsi"yə transfer olmuşdu.