"Mançester Siti" klubunun hücumçusu Erlinq Haaland "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolanı "başdanxarab" adlandırıb.

Offsideplus.az "Verdens Gang"a istinadən xəbər verir ki, norveçli ulduz çalışdırıcı haqda belə deyib:

"Qvardiola bir az başdanxarabdır amma bu mənim xoşuma gəlir. Hələ bir həftədir ki, komanda ilə məşq edirəm. Ona görə bu haqda çox danışa bilməyəcəyəm. Əsas odur ki, yaxşı məşq etmişəm. Mövsümə tam şəkildə hazır olduğumu fikirləşirəm".

Qeyd edək ki, bu gecə "Mançester Siti" ABŞ-da "Bavariya" ilə yoxlama görüşü keçirib. Matç İngiltərə klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu oyunun 12-ci dəqiqəsində yeni transfer Haaland vurub.