Madrid "Atletiko"sundan ayrılan Luis Suares İngiltərə Premyer Liqasında oynaya bilər.

Offsideplus.az xəbər verir ki, "Aston Villa" uruqvaylı hücumçunun xidmətində maraqlıdır. Birmingem təmsilçisinin baş məşqçisi Stiven Cerard sabiq komanda yoldaşını sərəncamında görmək istəyir.

Uruqvay millisinin üzvü daha əvvəl İngiltərədə "Liverpul"un formasını geyinib.