İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo "Nyukasl Yunayted"i çalışdıra bilər.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubunun ərəb sahibləri portuqaliyalı mütəxəssisi razı salmağa çalışır.

Əgər "sağsağanlar" Mourinyo ilə razılığa gələ bilsə, komandanın hazırkı baş məşqçisi Eddi Hau istefaya göndəriləcək.

Qeyd edək ki, Mourinyo 2021-ci ildən "Roma"nın baş məşqçisidir. O. daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i də çalışdırıb.