PSJ "Liverpul" ulduz futbolçusu Məhəmməd Salahı heyətinə qatmaq istəyir.
Offsideplus.az "The Telegraph"a istinadən xəbər verir ki, Paris klubu 29 yaşlı misirli hücumçunu yayda komandaya cəlb etmək niyyətindədir. Merisayd təmsilçisinin yeni müqavilə şərtlərini hələ də qəbul etməyən oyunçunu ayrılmaq ehtimalının olduğu gözlənilir. Onun hazırkı sözləşməsi 2023-də başa çatır.
Qeyd edək ki, Salah bu mövsüm 45 matçda 30 qol və 14 məhsuldar ötürmə edib.