İngiltərənin "Liverpul" klubu baş məşqçisi Yurgen Kloppla müqaviləni uzadıb.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssisin yeni sövdələşməsi 2026-cı ilin yayınadəkdir.

Qeyd edək ki, Klopp 2015-ci ildən “Liverpul”u çalışdırır. Onun indiki müqaviləsi 2024-cü ilin yayına qədərdir. Mütəxəssis "mersisaydlılar"dakı 7 il ərzində Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla 5 titul qazanıb.