Türkiyə millisinin və "Norviç"in futbolçusu Ozan Kabak mövsümü erkən başa vurub.

 Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Den Smit məlumat verib. O, 22 yaşlı müdafiəçinin mövsümü bitirdiyini və müqavilə əsasında məxsus olduğu "Şalke"yə qayıdacağını bildirib.

Xatırladaq ki, Ozan yığmanın heyətində İtaliya seçməsinə qarşı yoxlama oyununda zədələnmişdi.

Qeyd edək ki, o, "Norviç" forması ilə 13 matçda meydana çıxmışdı.