İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. Belə ki, növbəti mövsümdən komandaya Erik ten Haq rəhbərlik edəcək.

Hazırda Niderland "Ayaks"ının sükanı arxasında olan niderlandlı mütəxəssislə ilkin razılıq əldə olunub.

Qeyd edək ki, hazırda "Mançester Yunayted"ə almaniyalı Ralf Ranqnik başçılıq edir.