Ule-Qunnar Sulşerlə yolları ayırdıqdan sonra baş məşqçi postuna Ralf Ranqniki gətirən "Mançester Yunayted" onu dünyaca məşhur mütəxəssislə əvəzləməyə hazırlaşır.
Offsideplus.az "The Sun" nəşrinə istinadla bildirir ki, Premyer Liqa təmsilçisi "Ayaks"ın çalışdırıcısı Erik ten Haqla danışıqlar aparır. 52 yaşlı mütəxəssisin də "qırmızı şeytanlar"ın "sükanı arxasına" keçmək niyyətində olduğu bildirilir.
Qeyd edək ki, Ten Haq 5 ildir ki, Niderland klubunda işləyir.