İngiltərə çempionatında ötən ayın ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

 Offsideplus.az İPL-in rəsmi saytına istinadən xəbər verir ki, "Nyukasl"ın çalışdırıcısı Eddi Hau bu ada layiq görülüb. 44 yaşlı ingilis mütəxəssis Yurgen Klopp (“Liverpul”), Mikel Arteta (“Arsenal”) və Ralf Hasenhyuttlu (“Sauthempton”) qabaqlayıb.

Xatırladaq ki, "sağsağanlar" Haunun başçılığı altında fevral ayında 4 oyunda 3 qələbə və 1 heçöheçə edib.