"Aston Villa"nın yeni çalışdırıcısı Stiven Cerrard "Reyncers"də çıxış edən Qlen Kamaranı transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, sabiq ingilis futbolçu 26 yaşlı yarımmüdafiəçini yanvarda komandasında görmək istəyir.
Finlandiyalı oyunçunun klubuyla sözləşməsi 2025-ci ildə başa çatır.
Qeyd edək ki, Kamara 2019-cu ilin yanvarından paytaxt təmsilçisində çıxış edir.