"Mançester Yunayted"in əsas müdadfiəçi Harri Maquayr daha bir neçə oyunu buraxa bilər.
Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, komandanın kapitanı kəllə-beyin zədəsindən sağalmağa davam edir və hələ tam məşq etməyib.
28 yaşlı futbolçunun sıraya nə vaxt qayıdacağı məlum deyil. Onun "Mançester Yunayted"in qarşıdakı matçlarını buraxacağı gözlənilir.
"Qırmızı şeytanlar" oktyabrın 16-da İngiltərə Premyer Liqasında "Lester"lə, oktyabrın 20-də Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atalanta" ilə və oktyabrın 24-də "Liverpul" la İngiltərə Premyer Liqasının digər oyununda qarşılaşacaq.