“Çelsi”nin zədəli futbolçusu Kristian Pulişiçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Offsideplus.az xəbər verir ki, bu barədə “zadəganlar”ın baş məşqçisi Tomas Tuxel Premyer Liqanın 4-cü turunun “Aston Villa” ilə matçından əvvəl baş tutan mətbuat konfransında amerikalı yarımmüdafiəçinin azı 10 gün sonra məşqlərə başlayacağını bildirib.

Pulişiç ABŞ milli komandasının düşərgəsində zədələnib.

Bu gün keçiriləcək “Çelsi” – “Aston Villa” matçı saat 20:30-da start götürəcək.