Türkiyə millisinin üzvü Ozan Kabakın yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Norviç Siti" 21 yaşlı müdafiəçini icarə əsasında heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərə təmsilçisi Kabakın birbaşa transferi üçün "Şalke"yə 14 milyon avro ödəyəcək.
Qeyd edək ki, Kabak ötən mövsümün ikinci yarısını icarə əsasında "Liverpul"da keçirib.