"Çelsi" klubunun futbolçusu Kristian Pulişiç İngiltərə Premyer Liqasının 2 -ci turunda "Arsenal"la oyunu buraxacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Tomas Tuxel məlumat verib. O, amerikalı yarımmüdafiəçinin koronavirusa yoluxduğunu və bu səbəbdən "Arsenal"la matçda iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, "Arsenal" - "Çelsi" görüşü avqustun 22-i keçiriləcək.