"Mançester Siti" Cek Qriliş üçün "Aston Villa"ya 104 milyon dollar (75 milyon funt sterlinq) dəyərində təklif göndərməyə hazırlaşır.

Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, "şəhərlilər"in bu təklifindən "Aston Villa" razı deyil. Belə ki, klub 25 yaşlı vinger üçün ən azı 138 milyon dollar (100 milyon funt sterlinq) tələb edir. Bundan əlavə, rəhbərlik həftəyə 150 000 funt sterlinq maaş təklifli yeni müqavilə ilə Qrilişi komandada saxlamağı düşünür.

 Qeyd edək ki, son iki mövsüm Premyer Liqadakı performansı ilə diqqət çəkən Qriliş uzun müddətdir ki, "Mançester Siti"nin hədəfindədir.