Gələn yay "Mançester Yunayted"lə müqaviləsinin müddəti başa çatacaq olan Pol Poqba komandanı tərk etməyi düşünür.
Offsideplus.az "Sportbible"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ole Qunnar Sulşer 28 yaşlı yarımmüdafiəçini heyətində saxlamaq istəyir. Lakin fransalı ulduz klubun yeni müqavilə təklifini rədd edib. Poqbanın PSJ ilə danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, "Mançester Yunayted" 2016-cı ildə 90 milyon funt-sterlinqə "Yuventus"dan heyətinə qatdığı Pol Poqbaya 50 milyon funt-sterlinq satış qiyməti qoyub.