Somalidən Böyük Britaniyaya köç edən Cəvahir Roble adlı qız adanın ilk müsəlman qadın hakimi olaraq tarixə düşüb.

Offsideplus.az Britaniya mediasına istinadən xəbər verir ki, müsəlman qadınlarına xas çadıra ilə oyun idarə edən Roble qısa zamanda bütün ölkənin diqqətini üzərinə çəkib. Gənc qız sosial şəbəkələrdən tez-tez ona qarşı lazımsız ifadələrin yazıldığını da bildirib. O, qeyd edib ki, istifadəçilər ona müsəlman olduğuna görə, hakimlik etməməyi və bunun İslam qaydalarına zidd olduğunu yazırlar. Roble isə onlara cavabı belə verib:

"Çoxları mənə İslam qaydalarını pozduğumu yazır. Bəli, futbol mənim yolum deyil, ancaq sərhədləri aşmaq üçün buradayam. Çoxları məni hakim kimi görəndə, gözlərinə inanmadı. Dinimi sevirəm və bu mənim həyatımın bir parçasıdır".

İngiltərənin nüfuzlu "Daily Telegraph" qəzeti isə Cəvahir Robleni "Ən önəmli hakim" adlandırıb.

Q 1

Q 2 copy