"Çelsi" İtaliya millisinin üzvünü heyətinə qatmaq istəyir.
Offsideplus.az "Bild"a istinadən xəbər verir ki, "zadəganlar" Federiko Kyezanı transfer etməyi planlaşdırır. İngiltərə klubu 23 yaşlı vinger üçün "Yuventus"a 100 milyon avro təklif edib. İstedadlı forvardı əldən vermək istəməyən Turin təmsilçisi "Çelsi"nin bu təklifini rədd edib.
Qeyd edək ki, müqavilə ilə "Fiorentina"ya məxsus olan Fede Kyeza icarə əsasında "Yuventus"da oynayır. İtaliyalı futbolçunun "Qoca Sinyora" ilə 2022-ci ilin iyun ayına qədər anlaşması var. İtaliya nəhəngi 43 milyon funt-sterlinqə Kyezanı birbaşa transfer etmə seçiminə malikdir.