"Mançester Yunayted" özündən söz etdirəcək daha bir transferə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi "Renn" klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqanı hədəf alıb. "Qırmızı şeytanlar" 18 yaşlı futbolçunun transferi üçün danışıqlar aparır. Bu barədə junalist Fbritsio Romano məlumat yayıb.
Gələn yay müqaviləsinin müddəti başa çatdığı üçün "Renn" azı 30 milyon avroya Kamavinqanı satmağı planlaşdırır.
Qeyd edək ki, Eduaro Kamavinqa ilə PSJ də yaxından maraqlanır.