"Çelsi"nin futbolçusu Kristian Pulişiçin nəhəng balığa qarşı rəftarı tənqid edilib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi dənizdə qayıqla üzərkən nəhəng balığın üzərində top çiləyib. Futbol bacarıqlarını sərgiləyən Pulişiç, sonradan tarazlığını itirərək suya düşüb və balıq narahatlıqla çırpınmağa, canını qurtarmağa çalışıb.
Dostları tərəfindən çəkilən həmin görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və sərt tənqid olunub.
Həmin videonu təqdim edirik: