"Liverpul" klubunun futbolçusu Məhəmməd Salah azarkeşlər tərəfindən Premyer Liqada ilin ən yaxşı oyunçusu seçilib.
Offsideplus.az xəbər verir ki, səsvermə İngiltərə Peşəkar Futbolçular Birliyi tərəfindən aparılıb.
Misirli forvard ötən mövsüm Premyer Liqada 37 matçda meydana çıxıb, 22 qol vurub və 5 qolun ötürməsini verib.