"Liverpul"un əfsanəsi "Everton"u çalışdıra bilər. 

Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, Karlo Ançelottinin baş məşqçi postundan ayrılmasından sonra namizədlərdən biri Stiven Cerrardır. Onunla yanaşı, Rafael Benites, Paulo Fonseka, Deyvid Moyes, Erik ten Haq və Roberto Martinesin adı da rəhbərliyin əlindəki siyahıdadır. 

Qeyd edək ki, 17 il "Liverpul"un şərəfini qoruyan Stiven, 2021-22 mövsümündə "Reyncers"lə qızıl medallara sahib olmaqla məşqçi kimi ilk titulunu qazanıb.