"Liverpul" yeni futbolçu ilə müqavilə imzalayıb.
Offsideplus.az klub saytına istinadla xəbər verir ki, mersisaydlılar İbrahima Konate ilə anlaşıb. Sözləşmənin hansı müddəti əhatə etməsi haqda dəqiq məlumat verilməsə də, "The Times" transferin 35 milyona başa gəldiyini yazıb. İbrahimanın gəlişindən sonra "Liverpul"un Ozan Kabakı "Şalke"dən transfer edəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, Konate son mövsümü "Leyptsiq"də keçirib.