"Liverpul" Almaniya Bundesliqasında top qovan müdafiəçi ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, mersisaydlıların hədəfə aldığı futbolçu İbrahima Konatedir. Müdafiənin mərkəzində çıxış edən 22 yaşlı fransızın transferində Yurgen Klopp birbaşa maraqlıdır. Hazırda "Liverpul"la "Leyptsiq" arasında danışıqlar davam edir ki, keçid baş tutsa, Konate 2026-nın yayına qədər müqavilə bağlayacaq.
Onun gəlişi ilə Ozan Kabakın "Şalke"dən alınması məsələsi arxa plana keçəcək.
Qeyd edək ki, transfer dəyəri 35 milyon avro olan İbrahima son mövsümdə "Leyptsiq" formasında meydana çıxdığı 21 oyunda 1 qol vurub.