Yurgen Klopp "Şalke"dən icarəyə götürülən türk futbolçunun gələcəyi ilə bağlı danışıb.
Offsideplus.az "The Times"a istinadla xəbər verir ki, təcrübəli çalışdırcı Ozan Kabakın "Liverpul"dakı gələcək taleyinin bilinmədiyini söyləyib: "Ozan çox yaxşı işlər gördü. Kifayət qədər təcrübəyə sahib gənc futbolçudur. Fərqli klublarda oynayıb, Lakin onunla bağlı qərar vermək üçün yetəri qədər zamanımız var. Ozanın komandaya uyğunlaşmasımüəyyən vaxt aparsa da, fayda verməyi bacardı. "Liverpul"dakı gələcəyi haqda son matçdan sonra qərar verəcəyik".
Qeyd edək ki, yanvardan İngiltərədə çıxış edən Kabak mətbuata açıqlamasında "Liverpul"da qalmaq istədiyini deyib.