İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün ən yaxşı qapıçısının adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, bu, “Mançester Siti”nin futbolçusu Ederson Morayeşdir.

Braziliyalı qolkiper cari çempionatda bir mövsümdə ən çox “quru oyun” keçirən qapıçılara verilən “qızıl əlcək” mükafatını qazanıb.

O, Premyer Liqada bu mövsüm 35 oyunun 18-də qapısını toxunulmaz saxlayıb.