2020/21 mövsümünün yekununa əsasən "Çelsi"nin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, klub saytında azarkeşlər arasında mövsümboyu keçirilən səsəvermənin yekun nəticəsinə əsasən Meyson Maunt hamını qabaqlayıb.

 Qeyd edək ki, Maunt cari mövsümdə "Çelsi" formasında meydana çıxdığı 51 matçda 9 qol vurub, 8 məhsuldar ötürmə verib.