"Liverpul"da icarə əsasında çıxış edən Ozan Kabak mövsümün sonu "Şalke"yə qayıdacaq.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Şalke"nin türkiyəli müdafiəçinin birbaşa transferi üçün istədiyi 18 milyon sterlinqi ödəməyəcək. Maliyyə problemləri yaşayan "Liverpul"un əsas diqqətini qolkiperi Adriana yönəldəcəyi bildirilir.

Qeyd edək ki, yanvar ayında "qırmızılar"a qatılan Ozan Kabak, İngiltərə klubu ilə 13 oyuna çıxıb. 

Xatırladaq ki, 21 yaşlı futbolçunun çıxış etdiyi "Şalke" klubu bu mövsüm turnir cədvəlini sonuncu - 18-ci yerdə bitirərək, 33 ildən sonra Bundesliqanı tərk edib.