Premyer Liqanın 34-cü turundan təxirə salınmış "Mançester Yunayted" - "Liverpul" matçından sonra Sadio Mane Yürqen Klopp arasında gərginlik olub.

Offsideplus.az xəbər verir ki, meydana 74-cü dəqiqədə buraxılan seneqallı hücumçu oyundan sonra Kloppun əlini sıxmayıb. 

"Liverpul"un 4:2 hesablı qələbəsi ilə yekunlaşan matç başa çatdıqda almaniyalı mütəxəssis bir-bir futbolçuları ilə görüşərək onları təbrik edib. O, Maneyə də əl uzadaraq təbrik etmək istəsə də, futbolçu başını bulayaraq Kloppun yanından keçib.

Oyundan sonra Klopp problemin olmadığını, futbolçusu ilə arasının yaxşı olduğunu açıqlayıb.