"Tottenhem"lə yolları ayrılan Joze Mourinyo paylaşım edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis "instagram" səhifəsində jurnalistlərin əhatəsinə düşdüyü videonu paylaşaraq bu sözləri yazıb: "Mənə rahatlıq vermirlər. Hətta dostum Qari də məni narahat edir ("Sky Sports"un müxbiri Garry Cotterill - rek.). Bu, mənim həyatımdır".
Vaxtilə "Çelsi"də Mourinyonun rəhbərliyi altında oynamış Didye Droqba videoya "həyatdan zövq al" sözlərini yazaraq, gülüş emojiləri atıb.