"Yuventus" klubunun türkiyəli futbolçusu Merih Demiral karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az "La Gazetta Dello Sport"a istinadən xəbər verir ki, A Seriya təmsilçisi hazırda icarə əsasında PSJ-də (2019-cu ildə "Everton"da da icarədə çıxış edib) top qovan oyunçusu Moize Kini geri gətirmək niyyətindədir.

Bu təqdirdə "qoca sinyora"nın 23 yaşlı Demiralı "Everton"a satacağı gözlənilir. Turin təmsilçisi müdafiəçinin transfer məbləğinin 50 milyon avro olduğunu bəyan edib.

"Everton" klubu sözügedən futbolçunun keçidində israrlıdır.

Qeyd edək ki, Merih Demiral 2019-cu ildən "Yuventus"da çıxış edir.