Bir neçə gün öncə beyin qanaması ilə təcili xəstəxanaya yerləşdirilən "Mançester Yuneyted"in əfsanəvi baş məşqçisi Sir Aleks Fyerqussonun vəziyyəti yaxşıdır.

Offsideplus.az İngiltərə mediasına istinadən xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin dostları məlumat verib. "The Sun" nəşrinə danışan şəxslər Fyerqussonun komadan ayıldığını və durmunun yaxşı olduğunu bildiriblər. Onlar 76 yaşlı mütəxəssisin artıq danışmağa başladığını da deyiblər.

Qeyd edək ki, onun son vəziyyəti ilə bağlı xəstəxanadan rəsmi açıqlama yayılmamışdı. İlk olaraq dostları bu barədə mətbuata məlumat veriblər.