Madrid "Atletiko"sunun uruqvaylı hücumçusu Luis Suarez yenidən "Liverpul"a qayıtmağa yaxındır.

Offsideplus.az İspaniyanın "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı forvard cari mövsümün sonunda Premyer Liqa nəhənginin sıralarına qoşulacaq.

Onun "Atletiko"nu tərketmə səbəbi isə baş məşqçi Dieqo Simeonenin planlarında olmamasıdır. O, hazırda zədəlidir və 2 həftə yaşıl meydanlarda olmayacaq. "Qırmızılar"ın çalışdırıcısı Yurgen Klopp isə sözügedən futbolçunu sərəncamında görmək niyyətindədir.

Qeyd edək ki, Suarez bu mövsüm "Atletiko" forması ilə çıxdığı 26 oyunda 19 dəfə rəqib qapılarına yol tapıb.

Əlavə edək ki, uruqvaylı 2011-2014-cü illər mövsümündə "Liverpul"da top qovduqdan sonra "Barselona"ya transfer edilmişdi.