Bir neçə gün öncə beyninə qan sızdığı üçün əməliyyat olunan Aleks Fergüssonun səhhətində yaxşılaşma müşahidə olunur.

Offsideplus.az xəbər verir ki, şotlandiyalı mütəxəssis artıq komadan ayılıb. Hətta onun oturaraq, öz yaxınları və doğmaları ilə söhbət etdiyi bildirilib. Doğmalarının sözlərinə görə, "Mançester Yunayted"in sabiq baş məşqçisinin əməliyyatı uğurlu keçib. Ancaq o hələ də əvvəlki kimi intensiv terapiya alır. Həkimlər bərpa prosesi üçün uzun müddət lazım olduğunu söyləyiblər.

Qeyd edək ki, Fergüsson mayın 4-də xəstəxanaya yerləşdirilmişdi.