Markus Reşford "Qranada"nın qapısından keçirdiyi topla cari avrokubok mövsümündəki qollarının sayını 8-ə çatdırdı.

Offsideplus.az xəbər verir ki, bununla da 23 yaşlı futbolçu Kriştiano Ronaldonun rekordunu yeniləmiş olub. Belə ki, "Mançester Yunayted" tarixində indiyə qədər yalnız Ronaldo bir avrokubok mövsümündə 8 qol vurmağa nail olmuşdu. 2007-08 mövsümündə Kriştianonun etdiyini bu dəfə Markus təkrarlamış oldu.

Qeyd edək ki, Reşford cari mövsümdə "Mançester Yunayted" formasında bütün yarışlar daxil 47 oyunda 20 qol vurub ki, bir mövsümdə bu sayda top karyerasında ilkdir.