"Liverpul" Ozan Kabakın komandadakı gələcəyi barədə qərar verib.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızılar" 21 yaşlı müdafiəçini birbaşa transfer etmək istəyir.

Aprelin 6-da "Real"a uduzduqları oyunda (3:1) meydana çıxan Kabak, məğlubiyyətə rəğmən yaxşı performans sərgiləyib. Belə ki, klub rəhbərliyi mövsümün sonunda icarəyə götürdüyü futbolçunu "Şalke"dən 18 milyon avroya almaq qərarına gəlib.

Qeyd edək ki, Ozan Kabak bu mövsüm "Liverpul"la 9 oyunda iştirak edib.