İngiltərə Premyer Liqasında dünən baş tutan "Vulverhempton" - "Liverpul" qarşılaşmasında (0:1) matçın ən yaxşısı bəlli olub.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi sosial şəbəkə hesabında Ozan Kabakı oyunun adamı seçib. 90 dəqiqə meydanda qalan 20 yaşlı müdafiəçi kritik müdaxilələri ilə diqqət çəkib. 

 Qeyd edək ki, Ozan Kabak qış transfer dönəmində "Şalke"dən "Liverpul"a keçid edib.