"Liverpul"un gənc futbolçusu Ris Uilyams baş məşqçi Yürqen Kloppun ona yazdığı mesajı görüncə qorxub.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı müdafiəçi bu barədə "Mirror"a açıqlama verib. O, bir müddət öncə Kloppun ona danışmaq istədiyi barədə "Whatsapp"da mesaj atdığını deyib.
"Bu yaxınlarda Kloppdan bir mesaj gəldi: "Zəhmət olmasa, gəlib məni görə bilərsən?" - Qorxdum! Lakin sadəcə oyun və daha yaxşı ola biləcəyimlə bağlı danışdıq. Narahat olmalı bir şey yox idi. Amma həddindən artıq gərilmişdim".