"Mançester Yunayted"in sabiq qapıçısı Ben Foster münasib olmayan hücumçuların adlarını çəkib.

Hazırda "Uotford"un uğurları üçün tər tökən qolkiper bu mənada Luis Suarezlə Dieqo Kostanı fərqləndirib.

Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, Foster Kostanı "çirkli siçan" adlandırıb: "Dieqo Kosta - o, sadəcə, balaca çirkli siçovuldur. Eşir, cırmaqlayır, gəmirir, rəqib qapıçıya bir dəqiqə dincəlmək imkanı vermir. Luis Suarez də on"Dieqo Kosta - o, sadəcə, balaca çirkli siçovuldur"Dieqo Kosta - o, sadəcə, balaca çirkli siçovuldura oxşayır. Suarezə qarşı oynamaq da dəhşətdir. Təpik vurur, dirsək atır - qol vurmaq üçün özünə sərf edən hər şeyi edir. Lakin qalib ruhlu belə futbolçuları sevirəm. Bu cür futbolçular, bu cür vəhşilər hər komandaya lazımdır".

Qeyd edək ki, 2005-2010-ci illər aralığında "Mançester Yunayted"də cəmi 12 oyuna çıxan Foster, həmin dönəmdə icarə əsasında "Uotford"un da şərəfini qoruyub. Suarez "Atletiko"nun şərəfini qoruyur, Kosta isə klubsuzdur.