"Çelsi"nin gənc futbolçusu Kristian Pulişiç "İnstaqram"da bəyəndiyi şəkillə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi antifaşistlərə qarşı ciddi təhdidlər edən şəxsin paylaşımını bəyənib. Ətrafı silahlarla dolu olan həmin şəxsin paylaşımında faşizmə qarşı olanları güllələmək istədiyini açıqca bildirib.
"Çelsi"nin futbolçusunun bu postu bəyənməsi sosial şəbəkələrdə gündəm və tənqid hədəfi olub.