"Liverpul"un baş məşqçisi Yürqen Klopp Almaniya millisinin baş məşqçisi ola bilər.

Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssisin mümkün gedişi halında onu əvəzləyəcək şəxsin adı məlumdur. Belə ki, Stiven Cerrardın "qırmızılar"ın yeni çaışdırıcısı olacağı gözlənilir. Onun "Liverpul"a gəlməkdə həvəsli olduğu bildirilir.

Qeyd edək ki, Stiven Cerrard 1998-2015-ci illərdə "Liverpul"un şərəfini qoruyub.