"Liverpul"un hədəfindən uzaq düşməsinin başlıca səbəbi komandadakı zədə epidemiyasıdır.
Offsideplus.az xəbər verir ki, mersisaydlılar mövsümün startından bu yana hər dəfə müxtəlif futbolçuların yoxluğundan əziyyət çəkir. "Everton"la oyunda kapitan Cordan Hendersonun da azı 4-6 həftəlik sıradan çıxması baş məşqçi Yurgen Kloppun planlarını alt-üst edib.
Son vaxtlar zədə səbəbindən əsas komandanın məşqlərindən kənarda qalan 11 futbolçunu təqdim edirik: Vircil van Deyk, Kaoimin Kelleher, Co Qomes, Joel Matip, Dioqu Jota, Fabinyo, Nabi Keyta, Divok Origi, Ben Deyvis, Ceyms Milner, Cordan Henderson.
Qeyd edək ki, van Deyk fərdi, Jota isə komanda ilə məşqlərə başlasa da, rəsmi oyunlarda nə vaxt iştirak edəcəkləri bilinmir.