"Mançester Siti"də üzlər gülür.
Bir müddət öncə zədələnən Kevin de Brüynenin aldığı xəsarətin ciddi olduğu gözlənilsə də, komandanın belçikalı ulduzu artıq məşqlərə başlayıb.
Offsideplus.az "şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın "Goal"a verdiyi açıqlamanı təqdim edir: "Kevin özünü kifayət qədər yaxşı hiss edir. Və artıq məşq etməyə başlayıb. Hələ ki, komanda ilə yox, fərdi hazırlıq keçir. Hər şey qaydasındadır. Bərpa dövrünün əla keçdiyini deyə bilərəm".
Cari mövsümdə 23 oyunda 3 qol vurub, 15 qol ötürməsi edən Kevinin ayyarım oynaya bilməyəcəyi deyilirdi. Daha doğrusu, Qvardiolanın özü yanvarın 23-də "Kevin de Brüyne azı 6 həftə oynaya bilməyəcək" sözlərini işlətmişdi.