"Liverpul"un 1:4 hesabıyla "Siti"yə uduzmasının ardında baş məşqçi Yürqen Klopp mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, 53 yaşlı mütəxəssis qapısından 4 qol buraxan Alisson Bekerla aralarında keçən dialoq haqda danışıb.

“Biz oyunun taleyini həll edən iki ciddi səhv etdik. Bir görüşdə əgər sənin yaxşı qol imkanların olursa və belə səhvlər də baş verirsə, bu, artıq oyunu öldürür. Bunu hamı bilir. Alissonla bir az əvvəl danışdım. O, sadəcə dedi: “Bu gün yox, bu gün yox...” Mən isə bildirdim ki, bu, səhvlərin problemidir. Bunu düzəltməyin yeganə yolu isə səhvləri aradan qaldırmağın üzərində işləməkdir. Alisson bənzər hadisələrin təkrarlanmaması üzərində çalışacaq. Bu gün həmin səhvlər həlledici rol oynadı. Amma bu, normaldır. Əvvəllər o, komandamızın həyatını xilas edib. Alisson dünya səviyyəli qapıçıdır”.